$Cümə (جُمُعَة), 29.03.2024, 01:42













Siz nece gorunursunuz Гость













  
$, 29.03.2024

z
اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

            
Ey Iman getirenler Cume Gunu namaza cagrildiginiz zaman ALLAHI zikr etmeye telesin ve alish verishi buraxin. Bilseniz bu Sizin uchun ne qeder xeyirlidir
Menyu
Namaz vaxtlari
Saytin Dili
Bizim Sual
Ən çox getdiyiniz Məscid Hansıdır?
Bütün cavablar: 97
Axtar
Главная » 2010 » Aprel » 16 » Hacı Əhliman Rüstəmov: “Bütün məsələlərdə Peyğəmbərdən (s) nümunə götürülməsini istərdim”
23:42
Hacı Əhliman Rüstəmov: “Bütün məsələlərdə Peyğəmbərdən (s) nümunə götürülməsini istərdim”
Müsəlman təqvimi hicri-qəməri ilə rəbiyyül-əvvəl ayının 17-də İslam Peyğəmbərinin (s) mübarək mövlud günüdür. Bu münasibətlə Azərbaycan xalqını, həmçinin dünya müsəlmanlarını təbrik edən Hacı Cavad məscidinin imam-camaatı Hacı Əhliman Rüstəmov deyerler.org-a təbrik mesajında demişdir: "Bismillahir Rəhmanir Rəhim! Neçə illərdir ki, bu mövludla əlaqədar böyük İslam aliminin təşəbbüsü ilə "Vəhdət” həftəsi dünya müsəlmanları tərəfindən geniş qeyd olunur. Müsəlmanlar da doğrudan bu həftəni vəhdət həftəsi olaraq keçirirlər. Nəzərə alsaq ki, Allah Təala son Peyğəmbərini (s) Rəhmətəl-Aləmin, yəni aləmlərin hamısı üçün rəhmət olaraq göndərib. Bunun işarələrini digər ayələrdə də görə bilərik. Allah Təala Qurani Kərimdə buyurur ki, "Peyğəmbər sizin üçün böyük nümunədir, ey ağıl sahibləri.” Bütün məsələlərdə, həyatın ictimai sahələrində, ölkələrin bir-birilə münasibətlərində, dünyanın keçimində, siyasətində Peyğəmbərdən (s) nümunə götürülməsini istərdim. Əziz Peyğəmbərimiz ülvi, nümunə olması təkcə namaza, oruca aid edilmir. Bu tövsiyə bütün məsələlərə aiddir. Biz bilirik ki, İslam Peyğəmbəri (s) özü bir cəmiyyət qurdu və bu cəmiyyətdə yaşadı, onu idarə etdi. Demək olar ki, vəhşi bir formada yaşayan bir milləti böyük bir mədəni səviyyəyə çatdırdı. Bir var bu məsələ nəzəri ola, bir də var ki, deyiləni nəzəriyyədən sonra əməli surətdə həyata keçirilə. Bu baxımdan da Allah Həzrəti (s) bizlərə nümunə kimi tanıtdırır. Son Peyğəmbər (s) də həm elmdə, həm əxlaqda, həm mədəniyyətdə, həm əməli rəftarda bəşərə ən gözəl nümunə oldu. Belə bir varlığın mübarək mövludu münasibətilə həm ölkəmizin bütün xalqlarını, həm də dünya müsəlmanlarını təbrik edirik. Arzum budur ki, inşaallah, insanlar Peyğəmbərin (s) həyatında olan böyük incəlikləri, böyük sirləri öyrənsinlər və həyatda tətbiq etsinlər!” /Deyerler.org/
Категория: Moizələr | Просмотров: 1188 | Добавил: Maxer | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Giriş

Saat


Shekiller


Qeydiyyat

Statistika
ILK-10 Azeri Website Directory

Dost saytlar

Qurani Kerim

Əlizadə Emil © 2024