14 məsumdan
(ə) 140 hədis Xeberler, diger
1- Həzrət Məhəmməd (s) buyurur: "Bütün
yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir
yaxşılıq yoxdur.”
2- Həzrət Məhəmməd (s) buyurur: "Heç bir damla
Allah yolunda tökülən qan
damlasından əziz deyil.”
3- Həzrət Məhəmməd (s) buyurur: "Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul
edir.”
4- Həzrət Məhəmməd (s) buyurur: "Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”
5- Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını
eşitsin.”
6- Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsi işlətmək
üçün əcir tutduqda,
haqqını ona əvvəlcədən
elan edin.”
7- Həzrət Məhəmməd (s) buyurur: "Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”
8- Həzrət Məhəmməd (s) buyurur: "Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli möminsən.”
9- Həzrət Məhəmməd (s) buyurur: "Qəzəbləndiyin
zaman, sakit ol (dayan).”
10- Həzrət Məhəmməd (s) buyurur:
"Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”
11- Həzrət Əli (ə) buyurur: "Sizin qiymətiniz yalnız behiştdir,
özünüzü ondan ucuzuna satmayın.”
12- Həzrət Əli (ə) buyurur: "Kim özünü hesaba çəksə, səadətə yetişər.”
13- Həzrət Əli (ə) buyurur: "Qeybətə qulaq asan elə
qeybət edən kimidir.”
14- Həzrət Əli (ə) buyurur: "Zarafatda həddi gözləməyən
şəxs əbləhdir.”
15- Həzrət Əli (ə) buyurur: "Öz şəhvətini öldürən
(cilovlayan) şəxs ağıllı
insandır.”
16- Həzrət Əli (ə) buyurur: "Məsləhət
edən şəxs xatadan amanda qalar.”
17- Həzrət Əli (ə) buyurur: "Allah yolunda
döyüşənlər üçün göyün qapıları açılar.”
18- Həzrət Əli (ə) buyurur: "Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”
19- Həzrət Əli (ə) buyurur: "Mömin onunla
insafsız rəftar edənlə insafla davranar.”
20- Həzrət Əli (ə) buyurur: "Bilərəkdən
günah edən şəxs bağışlanmağa layiq
deyildir.”
21- Həzrət Zəhra buyurb: Hər
kəi ixlasla yerinə yetirdiyi ibadətlərini Allaha tərəf göndərsə,
Allah da, onun xeyrinə
olan şeyləri ona tərəf göndərər.